Hava gəmilərinə aid cihazları Azərbaycandan çıxarmağa görə tutulan şəxslərin məhkəməsi başlayıb


Sosial 30 İyl 2018 16:09:00 121 0

Hava gəmilərinə aid cihazları Azərbaycandan çıxarmağa görə tutulan şəxslərin məhkəməsi başlayıb

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində hava gəmilərində istifadə edilən külli miqdarda cihazı ölkə xaricinə çıxarmaqda təqsirləndirilən Ələddin Qarayev, Fərman Əhmədov, Südabə Mehdiyeva Rusiya vətəndaşı İdris Axundovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, həmin şəxslərdən S.Mehdiyeva və F. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilməyib. Onlar hazırda ev dustaqlığındadır.

Məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsində hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısının alınması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, həmin cihazlar cinayətkar qrupun üzvü tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycandan Rusiyaya aparılarkən "Samur" gömrük postunda aşkar edilib. Fakt əsasında Komitənin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılıb. İstintaq nəticəsində cinayətkar qrupun 4 üzvü, Azərbaycan vətəndaşları - Qarayev Ələddin Fəyyaz oğlu, Əhmədov Fərman Allahyar oğlu, Mehdiyeva Südabə Gülməmməd qızı və Rusiya vətəndaşı Axundov İdris Nəsib oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə onlara ittiham elan edilib.

İstintaqla müəyyən edilib ki, İ.Axundov hava gəmilərində istifadə edilən külli miqdarda cihazı gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə Ə.Qarayev, F.Əhmədov və S.Mehdiyeva ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.

Əldə edilən razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Ə.Qarayev gömrük sərhədindən qaçqmalçılıq yolu ilə keçirilərək qonşu ölkəyə göndərmək məqsədilə ümumilikdə 68 adda cihazı yaşadığı Ağcabədi rayonunun Qaradolaq kəndindən Bakı şəhərinə, F.Əhmədova göndərib. O, isə həmin malları Bakının Qaradağ rayonundakı "Sədərək" bazarında S.Mehdiyevaya təhvil verib. Həhayət, həmin mallar sonuncu şəxs tərəfindən ölkənin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirilərkən gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

686 bal toplayan qız universitetdən imtina etdi: like
  • 30 İyl 16:05  
Digərləri 686 bal toplayan qız universitetdən imtina etdi:

Zöhrə İsmayılova adlı xanım sosial şəbəkələrdə diqqəti öz üzərin

arrow Ətraflı
Zakir Qaralov İsmayıllıya yeni prokuror like
  • 30 İyl 15:59  
Digərləri Zakir Qaralov İsmayıllıya yeni prokuror

İsmayıllıya yeni prokuror təyin edilib.

arrow Ətraflı
Rafael Varan: "Cəhənnəmə olsun gözəl futbol" - MÜSAHİBƏ like
  • 30 İyl 15:50  
İdman Rafael Varan: "Cəhənnəmə olsun gözəl futbol" - MÜSAHİBƏ

Real Madrid və Fransa millisinin müdafiəçisi Rafael Varan "L`Equip

arrow Ətraflı
Türkiyəli aktrisa ailə qurdu like
  • 30 İyl 15:50  
Digərləri Türkiyəli aktrisa ailə qurdu

Aktrisa Özge Özder sevgilisi Sinan Güleryüzlə ailə qurub. Son.az axşam

arrow Ətraflı
Qusarda Ümumdünya insan alverinə qarşı mübarizə günü keçirilib (FOTO) like
  • 30 İyl 15:47  
Digərləri Qusarda Ümumdünya insan alverinə qarşı mübarizə günü keçirilib (FOTO)

Qusarda Ümumdünya insan alverinə qarşı mübarizə gününə həsr olunan ko

arrow Ətraflı
“ABŞ o qədər ağılsız ola bilməz ki, İranla müharibəyə başlasın” like
  • 30 İyl 15:45  
Dünya “ABŞ o qədər ağılsız ola bilməz ki, İranla müharibəyə başlasın”

"Bu durumda danışıq aparmaq mümkünsüzdür. Amerika göstərib ki,  e

arrow Ətraflı
“İntihar körpüsü”nə nəzarət edən polislər cəzalandırılacaqmı? like
  • 30 İyl 15:40  
Digərləri “İntihar körpüsü”nə nəzarət edən polislər cəzalandırılacaqmı?

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında 1969-cu il təvəllüdlü,

arrow Ətraflı
Fransada atışma like
  • 30 İyl 15:36  
Dünya Fransada atışma

Fransanın Bon şəhərində atışma baş verib.

arrow Ətraflı
Joze Mourinyonu narahat edən nədir? like
  • 30 İyl 15:31  
İdman Joze Mourinyonu narahat edən nədir?

Manchester United yeni mövsüm öncəsi qatıldığı Beynəlxalq &

arrow Ətraflı
278 minə saat aldı like
  • 30 İyl 15:27  
Digərləri 278 minə saat aldı

Türkiyəli aparıcı Burcu Esmersoy yeni aldığı qol saaatının qiyməti il

arrow Ətraflı