Azərbaycan və Türkiyə HDQ nümayəndə heyətlərinin görüşü keçirilib FOTO


Siyasət 30 İyl 2018 14:42:00 262 0

Azərbaycan və Türkiyə HDQ nümayəndə heyətlərinin görüşü keçirilib  FOTO

İyulun 30-da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahında Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti ilə görüş keçirilib.

MN-dən Son.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın uğurlu nəticələri və inkişaf perspektivləri müzakirə olunub.

Hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyi bildirilərək, bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.

Türkiyə HDQ-nin komandanının MTT üzrə müavini, vitse-admiral Fikret Esin "Dəniz kuboku - 2018" beynəlxalq müsabiqəsində iştirakından məmnunluğunu ifadə edib.

Yarışlarda ölkəmizin hərbi dənizçilərinə uğurlar arzulayıb. Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin, qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.


Xəbərə aid fotolar