"Azərişıq" Qərb bölgəsinə mediatur təşkil edib


Digərləri 30 İyl 2018 14:42:00 283 0

"Azərişıq" Qərb bölgəsinə mediatur təşkil edib

İyulun 27-29-da Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibəti ilə “Azərişıq” ASC 20-dən artıq aparıcı media qurumunun əməkdaşları üçün Qərb bölgəsinə mediatur təşkil edib.

Bakı. Samir Əli - İyulun 27-29-da Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibəti ilə “Azərişıq” ASC 20-dən artıq aparıcı media qurumunun əməkdaşları üçün Qərb bölgəsinə mediatur təşkil edib. Trend-in məlumatına görə, iki günlük mediatur zamanı jurnalistlər Gəncə şəhərində, Göranboy, Mingəçevir, Gədəbəy və Göygöl rayonlarında olublar. Səfər çərçivəsində KİV nümayəndələri Goranboy rayonunda yerləşən “Dəliməmmədli” yarımstansiyasına baş çəkib. Həmin stansiya hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2x40 MVA gücündədir. “Dəliməmmədli” yarımstansiyası vasitəsilə Dəliməmmədli şəhərinin və ətraf 21 yaşayış məntəqəsinin, o cümlədən 35 kilovoltluq “Azad” hava xətti üzərində olan 35/10 kilovoltluq “Azad” və 35/10 kilovoltluq “Alıuşağı” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir.