Putin dənizçilərin paradını qəbul etdi FOTO


Digərləri 30 İyl 2018 14:37:00 302 0

Putin dənizçilərin paradını qəbul etdi  FOTO

Dünən Rusiyada Hərbi-Dəniz Qüvvələri Günü qeyd olunub. Bu münasibətlə ölkənin iri liman şəhərlərində ənənəvi hərbi parad keçirilib.

Son.az bildirir ki, əsas parad isə Sankt-Peterburq şəhərində olub.

Paradı Rusiya prezidenti, ölkənin ali baş komandanı Vladimir Putin qəbul edib.

Paradda "Marşal Ustinov" raket kreyseri, "Oryol" atom sualtı qayığı, "Pyotr Veliki" ağır atom kreyseri, "Dmitri Donskoy" atom sualtı qayığı, "Admiral Makarov" freqatı, "Serpuxov" raket gəmisi kilvater axınında hərəkət ediblər.