Komitə: Heç kəs sahib olduğu torpaqdan əlavə ərazini zəbt edə bilməyəcək (FOTO)


Digərləri 30 İyl 2018 14:21:00 242 0

Komitə: Heç kəs sahib olduğu torpaqdan əlavə ərazini zəbt edə bilməyəcək (FOTO)

Ölkədə elektron kadastr uçotu işlərinin aparılması ilə dəqiqləşmiş torpaq sahibliyi müəyyən ediləcək.

Bakı. Ölkədə elektron kadastr uçotu işlərinin aparılması ilə dəqiqləşmiş torpaq sahibliyi müəyyən ediləcək. Bununla bütün növ torpaq sahələrinin hüquqi sənədlərdəki ərazi göstəriciləri ilə faktiki istifadə olunan ərazi göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qalxacaq. Heç kəs sahib olduğu torpaqdan əlavə ərazini zəbt edə bilməyəcək, dövlət nəzarəti təkmilləşdirilmiş formada həyata keçiriləcək. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi nəticəsində reallaşacaq. Komitədən Trend-ə verilən məlumata görə, hazırda müasir metodlardan, beynəlxalq təcrübədən, innovativ texniki imkanlardan istifadə edərək torpaqların elektron kadastr işləri davam etdirilir. Sistemə daxil olacaq növbəti rayon Goranboydur. Bununla əlaqədar rayonda işlərə start verilib. Bildirilib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılmasında əsas məqsəd ölkə ərazisində torpaq idarəetməsinin təkmilləşdirilməsi və ondan səmərəli istifadənin təmin edilməsidir. Bu sistemin təşkili ilə mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaqların sərhədləri, keyfiyyət və kəmiyyət göstəriciləri, həndəsi ölçüləri və digər məlumatlar elektron bazaya toplanır.