Yunan faciəsi: 91 nəfər həlak oldu,


Dünya 30 İyl 2018 14:01:04 293 0

Yunan faciəsi: 91 nəfər həlak oldu,

Yunanıstanın Şərqi Attika bölgəsində tüğyan edən meşə yanğınlarında həlak olanların sayı 91 nəfərə çatıb. 25 nəfər itkin düşmüş hesab olunur.

Son.az European-a istinadən bildirir ki, həlak olmuş şəxslərin 59 nəfərinin kimliyi bəllidir. Yerdə qalan cəsədlər hələlik tanınmayıb.

Yanğınlarda 1000 ev külə dönüb.

Paytaxt Afinanın şərqindəki Mati qəsəbəsində isə əsl faciə yaşanıb. Bu qəsəbənin 83 sakini meşə yanğınlarında həlak olub. Matidə 190 nəfər müxtəlif ağırlıqda yanıq xəsarətləri alıblar.

Hazırda Matinin 55 sakini xəstəxanalardadır. Onların biri uşaqdır. 10 nəfərsə intensiv terapiya bölməsindədir.