“Celebrity Edge” kruiz gəmisi sınandı
Dünya 30 İyl 2018 14:02:00 274 0
Fransaya məxsus "Chantiers de l'Atlantique" şirkəti "Saint Nazire" tərsanəsində "Royal Caribbean Cruises" üçün dörd ədəd kruiz gəmisi tikir.
Son.az seanews.az-a istinadən xəbər verir ki, onlardan biri bu il istismara veriləcək. Digər üç gəminin isə 2020, 2021 və 2022-ci illərdə təhvili planlaşdırılır. Gəmilərin hər biri 2900 nəfər sərnişin tutumuna, 306 metr uzunluğa, 38 metr enə malikdir.
2018-ci ildə tam olaraq fəaliyyətə başlaması nəzərdə tutulan "Celebrity Edge" kruiz gəmisinin artıq ilk sınağı baş tutub. Bu gəminin inşasına 2017-ci ilin iyununda başlanmışdı. "Chantiers de l'Atlantique"-nin rəhbəri Laurent Kastaing "Celebrıty Edge"-ni suya endirdikləri üçün qürur duyduqlarını bildirib.
Mənbə: milli.az