Şok kadrlar: avtomobil qəzasında


Digərləri 30 İyl 2018 14:06:00 257 0

Şok kadrlar: avtomobil qəzasında

Bu hadisə unikal, inanılmaz sayıla bilər. Amma olay gerçəkdir. Braziliyanın cənub-şərqində, San-Paulu və Kuritiba arasındakı yolda baş vermiş ağır qəzada iki nəfər həlak olsa da, bir nəfər dünyaya gəlib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, yük yerinə taxtalar yığılmış avtomobildə hamilə qadın da vardı. O, maşının yük yerində, taxtaların yanında əyləşmişdi.

Yük avtomobilinin sürücüsü Conatan Fereyra qəflətən qarşı hərəkət zolağına çıxıb və avtomobil qarşıdan gələn maşına çırpılıb. Zərbə nəticəsində yük avtomobili aşıb.

Qəzada hamilə qadın və avtomobilin sürücüsü həlak olublar.

Həlak olmuş qadın hamiləliyin 39-cu həftəsində idi.

Taxtalardan biri hamilə qadının qarnını yarıb, bətndəki körpə dünyaya gəlib.


Xəbərə aid fotolar