Chelsea-nin sahibi dəyişə bilər


İdman 30 İyl 2018 14:10:00 304 0

Chelsea-nin sahibi dəyişə bilər

Britaniya və Rusiya arasındakı siyasi soyuqluq Chelsea-nin sahibi Roman Abramoviçdən də yan keçmədi. Bir neçə ay əvvəl onun iş vizasını uzatmaqdan imtina edən Britaniya hökuməti daha sonra milyaderin mülklərini müsadirə edəcəyinə işarə vurmuşdu. Goal.az xəbər verir ki, tvitterdə Chelsea-nin yeni sahibinin Cim Retklif olacağı iddia edilib. "Dumanlı Albion"un ən zəngin adamı olan Retklifin bunun üçün 2 milyard funt ödəməyə hazır olduğu deyilir.

65 yaşlı Retklifin 21 mlyard funt sərvəti var. Onun Chelsea səhmlərini almağa iyunun əvvəlindən maraq göstərdiyi qeyd olunur. İddialara görə, kimya mühəndisliyi ilə məşğul olan Retklif Manchester United azarkeşidir.

Abramoviç hazırda Fransada"zadəganlar"ın təlim-məşq toplanışını izləyir. Ona yaxın mənbələr isə Chelsea-nin satılmayacağını bildiriblər.

Rusiyalı iş adamı 2003-cü ildə London klubunu 140 milyon funta satın almışdı. O, son olaraq baş məşqçi postuna Antonio Kontenin əvəzinə Maurisio Sarrini gətirmişdi.