"AtaBank" şimalda yeni Samur şöbəsini istifadəyə verib (FOTO)


Digərləri 30 İyl 2018 13:35:00 296 0

"AtaBank" şimalda yeni Samur şöbəsini istifadəyə verib (FOTO)

"AtaBank" ASC Qusar rayonunun ərazisində yerləşən yeni "Samur" şöbəsini müştərilərinin xidmətinə verib.

Bakı. "AtaBank" ASC Qusar rayonunun ərazisində yerləşən yeni "Samur" şöbəsini müştərilərinin xidmətinə verib. Samur sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşən şöbə həm fiziki, həm də hüquqi şəxslərə bütün bank xidmətlərini təklif edir. Müştərilər yeni açılan şöbəyə yaxınlaşaraq təcili pul köçürmələri, hesablaşma – kassa, valyuta mübadilə əməliyyatları, kommunal xidmətlərin ödənişlərini həyata keçirməklə yanaşı əmanət yerləşdirə, biznesin inkişafı üzrə məsləhətlər ala bilərlər. AtaBank ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlı şöbə ilə bağlı qeyd edib ki: “AtaBank üçün strateji əhəmiyyət kəsb edən Samur şöbəsinin məhz bu bölgədə açılmasının məqsədi ölkəmizin vətəndaşları ilə yanaşı xarici qonaqlara da xidmət göstərməkdir. AtaBank hər zaman müştərilərinin rahatlığına önəm verir və bu şöbənin açılması ilə bankımız ölkəmizə qonaq gələn və ölkəmizdən xaricə gedən həmvətənlərimizə uzağa getmədən, əlavə vaxt sərf etmədən bank xidmətlərini sürətli və rahat apara bilmələri üçün hər bir şəraiti yaradıb.”