Sürücülərə bu ərazilərdə diqqətli olmaları tövsiyə edilir


Digərləri 30 İyl 2018 13:29:00 264 0

Sürücülərə bu ərazilərdə diqqətli olmaları tövsiyə edilir

AAYDA-dan Son.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-120 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bundan başqa təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Abşeron rayonu, Xırdalan dairəsində və Bakı şəhəri Həsən Əliyev-Bakıxanov küçəsinin kəsişməsində, Cəlil Məmmədquluzadə Küçəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında qədər yekunlaşdırılacaq.