Ağdaşda oğru evi "silibsüpürdü" FOTO


Digərləri 30 İyl 2018 13:15:00 302 0

Ağdaşda oğru evi "silibsüpürdü"  FOTO

İyulun 28-də Ağdaş rayon sakini  N.Ə Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək onun evindən 5000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata  görə, daxil olmuş müraciət əsasında Rayon Polis Şöbəsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini rayon sakini Əlibaba Şirinovun törətdiyi müəyyən edilib. Ə.Şirinov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib və dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.


Xəbərə aid fotolar