Antonio Konte İtaliya A Seriyasından təklif ala bilər


İdman 30 İyl 2018 12:48:00 285 0

Antonio Konte İtaliya A Seriyasından təklif ala bilər

Milan Cennaro Qattuzo ilə yollarını ayırmağa hazırdır. Klubun yeni idman direktoru Leonardo onun qalacağını desə də, İtaliya mətbuatına buna şübhə ilə yanaşmağa davam edir. Goal.az "Tuttosport"a istinadən xəbər verir ki, "rossoneri" Antonio Konteyə 3 illik müqavilə təklif edə bilər. 48 yaşlı mütəxəsisin potensial məvacibi isə 6 milyon avro göstərilir. Konte sabiq klubu Chelsea-dən də 10 milyon avro təzminat almaq niyyətindədir. İtaliyalı mütəxəsisin vəkilləri bu istiqamətdə çalışırlar.