Məleykə Abbaszadə qəbul imtahanlarının statistikasını AÇIQLADI


Digərləri 30 İyl 2018 12:23:00 287 0

Məleykə Abbaszadə qəbul imtahanlarının statistikasını AÇIQLADI

Günün ikinci yarısından bakalavr təhsili üzrə ixtisas seçimi başlayacaq və bizim saytımızda aktiv olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, ixtisas seçimi avqustun 13-ə qədər davam edəcək və ixtisas seçimində 91 498 nəfər iştirak edəcək.