Şabranda meşəlik ərazidə yanğın söndürülüb


Digərləri 30 İyl 2018 11:35:00 234 0

Şabranda meşəlik ərazidə yanğın söndürülüb

Şabran rayonunun Çıraqqala kəndinin yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivində) baş vermiş yanğınlar söndürülüb.

Son.az APA-ya istinadən xəbər verir ki, yanğının yenidən baş verməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə xidmət aparır.    Qeyd edək ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 1 ədəd "Mi-17" helikopteri cəlb olunub.    Siyəzən rayonu, Altıağac milli parkı ərazisində başlayan yanğın isə davam edir.