DİM rəhbəri qəbul imtahanlarının statistikasını açıqladı


Digərləri 30 İyl 2018 11:28:00 340 0

DİM rəhbəri qəbul imtahanlarının statistikasını açıqladı

İxtisas seçimi avqustun 13-ə qədər davam edəcək.

Bakı. Elçin Mehdiyev – Günün ikinci yarısından bakalavr təhsili üzrə ixtisas seçimi başlayacaq və bizim saytımızda aktiv olacaq. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, ixtisas seçimi avqustun 13-ə qədər davam edəcək. M.Abbaszadə bildirib ki, bu il bakalvr təhsili üzrə qəbul imtahanlarında 74 438 nəfər iştirak edib.