"InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 30 İyl 2018 11:18:27 249 0

"InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. EUR Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.18-1.16$ aralığında dalğalanmaqdadır. Sonuncu dəfə Avropa Mərkəzi Bankının açıqlamaları və ABŞ-dan 2-ci rüb üzrə yayımlanan müsbət iqtisadi inkişaf göstəricilərindən sonra avronun qiyməti 1.16$-a kimi ucuzlaşmışdır. Təhlillərə əsasən, avro/dollar məzənnəsi 1.1616$-ı da aşağı istiqamətdə qırarsa, 1.1534$-a kimi də ucuzlaşa bilər. Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:00 və cümə günü saat 16:30-da müvafiq olaraq dərc ediləcək, Avrozonanın inflyasiya və ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilir. Çərşənbə günü saat 22:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının faiz qərarında dəyişiklik gözlənilməsə də diqqət mərkəzində saxlanılmalıdır. GBP GBP/USD məzənnəsi də təzyiq altındadır. İngiltərə iqtisadiyyatının inkişaf səviyyəsinin zəifləməsi və Breksit fonunda risklərin mövcudluğu, ölkə valyutasına mənfi təsir edir. Hal-hazırda 1.31$-a ticarət edilən funtun qiyməti 1.3054$-ı da aşağı istiqamətdə qırarsa, 1.2957$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Eyni zamanda, cümə axşamı saat 15:00-da yayımlanacaq İngiltərə Mərkəzi Bankının faiz qərarı da diqqət mərkəzində saxlanılmalıdır.