Jiru Fransa klubunun transfer hədəfində


İdman 30 İyl 2018 11:07:00 271 0

Jiru Fransa klubunun transfer hədəfində

Chelsea və Fransa millisinin hücumçusu Olivye Jiru daha bir klubun maraq dairəsinə düşüb. Goal.az xəbər verir ki, 31 yaşlı forvardı Marseille də heyətində görmək istəyir. "Provanslar" Chelsea ilə danışıqların çətin olacağını gözə alsa da, Jirunu transfer etməyə çalışacaq. Klub daha öncə Mario Balotelli ilə danışıqlar aparsa da, bundan nəticə əldə edə bilməmişdi.

Jirunun Chelsea ilə cari müqaviləsi 2019-cu ilin yayına kimi qüvvədədir. O, 2018-ci ilin qışında Arsenal-dan 15 milyon funta transfer edilmişdi.