Norm şirkəti müsabiqənin qaliblərini mükafatlandırdı (FOTO)


Digərləri 30 İyl 2018 11:00:00 313 0

Norm şirkəti müsabiqənin qaliblərini mükafatlandırdı (FOTO)

Norm şirkəti müsabiqənin qaliblərini mükafatlandırdı

Bakı. Norm Sementin 2018-ci il futbol üzrə Dünya Çempionatının oyunlarına həsr edilmiş müsabiqəsinin yekun hesabat tədbiri 23 iyul 2018-ci ildə, JW Marriott Abşeron otelində baş tutub. Daim müştərilərinə diqqət və qayğısı ilə seçilən Norm şirkəti rəhbərliyinin qərarına əsasən qaliblərin iş qrafikləri ilə üst-üstə düşməməsi üçün tədbir axşam saatlarında keçirilib. Hesabat tədbirinə qaliblərlə yanaşı, mətbuat işçiləri və 1 ay davam edən müsabiqə dövründə Norm Sementə və iştirakçılara yaxından dəstək olan İctimai Televiziya kanalının əməkdaşları da dəvət edilib. Şirkətin İctimaiyyətlə əlaqələrdən məsul əməkdaşının salamlama nitqi ilə tədbir açıq elan edilib, daha sonra iştirakçılara Norm Sement zavoduna dair informativ video təqdim edilib və təbrik üçün söz şirkətin Baş direktoru Henning Sasseyə verilib. Futbol dünyasına aid müsabiqənin qaliblərini “Dünya Çempionatının qalibləri” adlandıran Sasse onları təbrik edib və xoş arzularını dilə gətirib. Müsabiqə zamanı DÇ-nın qrup mərhələsində qalib olmuş 31 şəxs 300 azn dəyərində idman mağazasına kupon, 1/8 mərhələsinin 8 qalibi 500 azn dəyərində sağlamlıq və əyləncə mərkəzinə kupon, 1/4 mərhələsinin 4 qalibi 800 azn dəyərində elektronika mağazasına kupon, yarım final oyununun 2 qalibi və 3-cü yer uğrunda mübarizə oyununun 1 qalibi 1000 azn dəyərində səyahət kuponu, final oyununun qalibi isə 2000 azn dəyərində səyahət kuponu qazanıblar. Baş direktor tərəfindən təqdim edilən hədiyyələrin sahibləri öz çıxışlarında sevinc və təşəkkürlərini ifadə ediblər.