Elçin Quliyev: "Dövlət Sərhəd Xidməti istənilən anda döyüş tapşırığını yeri­nə yetirməyə hazırdır" FOTO


Digərləri 30 İyl 2018 10:41:00 410 0

Elçin Quliyev: "Dövlət Sərhəd Xidməti istənilən anda döyüş tapşırığını yeri­nə yetirməyə hazırdır"  FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhə­rində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi ke­çirilib.

DSX-dən Son.az-a verilən məlumata görə, gənc sərhədçilər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilib.

Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ulu Öndər Heydər Əliyevin dövlət sər­hədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaş­ması və inkişafındakı misilsiz xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində sərhəd mühafi­zəsinin ən müasir tələblər səviyyəsinə yüksəlməsini xüsusi qeyd edib. Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bü­tövlüyünün bərpası üçün istənilən anda hər bir döyüş tapşırığını yeri­nə yetirməyə, işğal altında olan torpaqlarımızda Azərbaycanın suve­ren hüquqlarının bərpası uğrunda savaşa daim hazır olması xüsusi vurğulanıb, Vətən torpağının astanasında - dövlət sərhədində üç­rəngli dövlət bayrağımız altında xidmət aparmağın hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf olması qeyd edilib.

General-polkovnik Elçin Quliyev Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xid­mətdə yüksək nəticələrə nail olacaqlarına əminliyini bildirib, onlara müvəffəqiyyətlər arzulayıb.

Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlə­rinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.


Xəbərə aid fotolar