Sürücülər bu ərazilərdə diqqətli olsunlar!


Digərləri 30 İyl 2018 10:43:00 273 0

Sürücülər bu ərazilərdə diqqətli olsunlar!

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bakı. Samir Əli - Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-120 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Bu barədə Trend-ə Azərbaycan Avtmobil Yolları Dövlət Agentliyindən məlumat verilib.