Şok xəyanət: məşhur idmançının müğənni xanımı


Digərləri 30 İyl 2018 10:20:00 417 0

Şok xəyanət: məşhur idmançının müğənni xanımı

Britaniyanın reqbi yığmasının ulduzu, ölkənin ən məşhur idmançılarından biri Ben Fodenin ailəsi dağılır. Səbəb onun arvadı, 36 yaşlı müğənni Una Hiliyə xəyanət etməsidir.

Una xəyanətdən xəbər tutan kimi evi tərk edib və boşanacağını bəyan edib.

Son.az The Sun-a istinadən bildirir ki, 33 yaşlı Ben Foden srağagün Northemptondakı gecə barlarından birində 26 yaşlı Rebekka Milnlə tanış olub. PR mütəxəssisi olan Rebekka ilə məşhur reqbiçi içiblər, əyləniblər. Gecənin bir aləmində isə onlar otelə yollanıblar.

"Northempton Seynts" klubunun forvardı Ben Foden ABŞ-ın Nyu-York şəhərinin "Reqbi Yunayted Nyu-York" klubuna transfer olub.