İtaliyalı müdafiəçi Manchester United-dən getmək istəyir


İdman 30 İyl 2018 09:43:00 315 0

İtaliyalı müdafiəçi Manchester United-dən getmək istəyir

Manchester United-in müdafiəçisi Mateo Darmian klubunu dəyişmək istəyir. Goal.az xəbər verir ki, italyan futbolçu daha çox oyun praktikası qazanmaq arzusundadır. 28 yaşlı müdafiəçi onun mövqeyində çıxış edən Antonio Valensiyanın zədələnməsini öü üçün şans hesab etmədiyini deyib.

"Onun neçə müddət meydana çıxmayacağından xəbərsizəm. Amma hazırda Antonio kapitandır və əsas seçimdir. Mən də müntəzəm oynamaq istəyirəm. Ötən mövsüm buna nail ola bilmədim. Menecerim və klubla gələcəyim ətrafında müzakirə apardıq. Dünyanın ən yaxşı klubunda oynamaq mənə şərəfdir. Amma həyatda qərar verməli oluruq".

Darmianın transferi 15 milyon funta başa gələ bilər.