Yol qəzası baş verib, 3 nəfər xəsarət alıb


Digərləri 30 İyl 2018 08:26:00 206 0

Yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Lənkəranda yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, "Mercedes" markalı avtomobilin hərəkətdə olarkən idarəetmədən çıxması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar - Masallı rayon Mahmudavar kənd sakini, 1982-ci il təvəllüdlü Nuranə Əbdül qızı Qafarova, Lənkəran şəhər sakinləri - 1974-cü il təvəllüdlü Azər Zakir oğlu Babayev və 1980-ci il təvəllüdlü Şahin Ramiz oğlu Əlizadə müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.