Evlərini kirayə verirlər, amma özləri də kirayə qalırlar Turist axını Bakı sakinləri üçün fürsət yaradıb VİDEO


Digərləri 29 İyl 2018 23:52:00 463 0

Evlərini kirayə verirlər, amma özləri də kirayə qalırlar  Turist axını Bakı sakinləri üçün fürsət yaradıb  VİDEO

Paytaxtın mərkəzi küçələrində evlərini kirayə verənlərin sayı artıb.

Son.az bildirir ki, buna səbəb paytaxta axın edən ərəb və iranlı turistlərin artması və günlük yüksək qiymətlərlə kirayə evlərə olan tələbin artmasıdır.

Tələb o qədər çoxalıb ki, ev sahibləri əvvəllər mənzillərinin aylıq kirayəsindən qazandıqları vəsaiti indi bir neçə gün ərzində əldə edə bilirlər. Buna görə də əksər ev sahibləri özləri daha ucuz yerdə kirayədə yaşayaraq mənzillərini yüksək qiymətə turistlərə verməyi üstün tuturlar.

Ekspertlər isə bildirir ki, evlərə tələbatın artması kirayə qiymətlərinə nəzərəçarpacaq dərəcədə təsir edib.

Turizm ekspertləri bildirir ki, turistlərin otellər yox, daha çox günlük evlərdə qalmasının bir sıra səbəbləri var.