700 bal toplayan abituriyentlər uğurlarının sirlərini açıqlayır... VİDEO


Digərləri 29 İyl 2018 23:57:00 367 0

700 bal toplayan abituriyentlər uğurlarının sirlərini açıqlayır...  VİDEO

Dövlət İmtahan Mərkəzinin 26 iyulda keçirdiyi qəbul imtahanlarında 4 nəfər maksimum nəticə göstərib. Üçüncü ixtisas qrupu üzrə imtahan verən Ağcabədi rayon sakini Əzim Əzizli təqdim olunan bütün suallara düzgün cavab verərək 700 bal toplayıb. İmtahanda maksimum nəticə göstərən Əzimin istəyi Bakı Dövlət universitetinin Hüquq fakültəsində təhsil almaqdır

Son.az bildirir ki, eyni qrup üzrə keçirilən qəbul imtahanında Gəncə şəhəri, 27 saylı fizika-riyaziyyat təmayüllü liseyın məzunu Məmmədli Selcan və və Şəki rayonu fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Nərmin Ismayilova da bütün test tapşırıqlarına düzgün cavab verərək 700 bal yığıblar.

Lənkəran rayonu Balıqçılar qəsəbə tam orta məktəbin məzunu Rəmzi Abıyev isə II-ixtisas qrup üzrə keçirilən qəbul imtahnlarında 700 bal yığan yeganə tələbədir.