Beynin fəaliyyətini artıran


Digərləri 29 İyl 2018 23:21:00 275 0

Beynin fəaliyyətini artıran

Alimlər iddi edir ki, orqanizmdə yüksək səviyyədə qlutationun tək beyin hüceyrələrinin deyil, ümumiyyətlə bütün orqanizmin qocalmasını ləngidir. Bu səbəbdən alimlər əks-göstərişlər və ya dözümsüzlük olmadığı müddətcə, beyin fəaliyyətinin qocalmasını, eləcə də ağıldankəmlik sindromu riskini azaltmaq məqsədilə qida rasionuna süd əlavə etməyi tövsiyə edirlər. Bəs beyni sağlam və gənc saxlamağın daha hansı yolları var? Nə etmək lazımdır ki, zehni fəaliyyət yaşlaşdıqca passivləşməsin? Beyin məşqlərinə nələr daxildir?

Son.az ağıldankəmlik sindromu riskini azaldacaq və beyin fəaliyyətini cavanlaşdıracaq 7 maraqlı üsulu təqdim edir:

Okan Universitetinin Nevrologiya şöbəsinin mütəxəssisləri sağlam bir gələcək üçün hər kəsin çox asanlıqla tətbiq edə biləcəyi önəmli araşdırmalar aparıblar. Beyin hüceyrələrini sağlam və cavan saxlamaq üçün müxtəlif yollar mövcuddur. Mütəxəssislər qeyd edir ki, qida rasionu ilə bərabər ilk növbədə məşqlərə vaxt ayırmaq lazımdır.

Fiziki məşqlər

Fiziki sağlamlıqla bərabər beyin sağlamlığı üçün də zəruri olan məşqlər var. Aparılan araşdırmalarda iştirak edən insanlar arasında nizamlı qaydada idmanla məşğul olan şəxslərin beyin fəaliyyəti digərlərinə nisbətən 70-80 faiz daha fəal olduğu müəyyənləşib. Eyni zamanda ağciyərlər daha sağlam və aktiv olur, şəkər xəstəliyi riski azalır, yüksək təzyiq, yüksək xolesterin və iflic kimi beyin fəaliyyətinə mənfi təsir edə bilən xəstəliklərə daha az rast gəlinir. Bundan başqa bibəriyyənin tərkibində olan sineol maddəs, eləcə də "nörotrofin" adlı maddə beyin hüceyrələrinin qorunmasında çox faydalıdır.

Bəs "məşq" dedikdə nələr nəzərdə tutulur?

Məşqlər qətiyyən yorucu və ağır olmamalıdır. Sadəcə olaraq müntəzəm olaraq, nizamlı şəkildə hər gün 30-40 dəqiqə gəzinti (qulaqcıqlardan istifadə edərək beyni yormamaq şərtilə), imkan varsa, evdə məşq edin, bağça, həyətyanı sahə ilə məşğul olmaq, hovuzda üzmək və s. Zaman problemi varsa, gündəlik fəaliyyətlər daxilində fiziki fəallığınızı təmin etmək üçün məsələn, yerimə məsafələrində avtomobillərdən imtina edin. Ya da avtomobilinizi getdiyiniz ünvanda daha uzaq yerə park edin və piyada gəzinti üçün şərait yaradın. Bundan başqa lift yerinə nərdivanlardan istifadə etmək həm beyin, həm də ürək fəaliyyətinizə müsbət təsir edəcək.

Zehin məşqləri

İnsan yaşa dolduqca beyin inkişafı yavaşlayır. Yaddaş problemi ilə yanaşı, bir sıra digər problemlər də yaranır. Bununla əlaqədar olaraq, yaşlı insanlarda beyin hüceyrələrinin daha sağlam qalması üçün müntəzəm olaraq yeni məlumatlar qəbul etmək lazımdır. Yeni informasiyaların qəbulu beyni aktivləşdirir. Düşünmə reflektorlarını aktivləşdirir. Yaddaş gücləndirilməsi üçün mümkün qədər eyni informasiyaları təkrarlamağa çalışın. Məsələn, kitab oxuyarkən mövzunun nədən bəhs etdiyini tez-tez xatırladın özünüzə. Məsələni müzakirə edərək fikir yürütməyə çalışın. Xüsusi yaddaş oyunları, rəngli kağızlar, tapmaca, sudoku həll etmək düşünmə tezliyini artırır. İmkan olduqca yeni bir dil öyrənməyə və ya musiqi alətlərində ifa etməyə cəhd edin. Özünüzə işdən əlavə yeni hobbi tapın. Asudə vaxtınızı zehni, fiziki və sosial fəaliyyətlərinizi birlikdə yerinə yetirə biləcəyiniz istiqamətdə birləşdirin.