Xaricdən Azərbaycanı təhdid edən yeni dini ekstremist peyda olub VİDEO


Digərləri 29 İyl 2018 22:49:00 308 0

Xaricdən Azərbaycanı təhdid edən yeni dini ekstremist peyda olub  VİDEO

Xaricdən idarə olunan və üzvlərinin çoxu Azərbaycan vətəndaşlığını itirərək qonşu ölkələrdə yaşayan bir qrup radikal dindar baş verən Gəncə olayından sonra özlərinə yaxın internet resurslarında Azərbaycan dövlətinə qarşı açıq çağırışlar etməyə başlayıblar.

Yunis Səfərovun xanımının öz terrorçu əri haqqında "Ar-rad TV" vasitəsilə sərsəmləmələrinin ardınca, indi də həmin kanalda özünü "ilahiyyatçı alim" kimi təqdim edən Orxan Məmmədov sayıqlamaqdadır.

Son.az bildirir ki, dini ekstremist qüvvələrin bu dəfəki siyasi aləti olan Orxan Məmmədovun Azərbaycan dövlətinin konstitusion quruluşunu dəyişməyə yönələn cinayətkar çağırışları bu destruktiv şəbəkənin mahiyyətini ortaya qoyur. Sual olunur: kimdir bu Orxan Məmmədov!

Vaxtilə Qum şəhərində təhsil alıb, "hicab müdafiəçisi" kimi sekulyar sistemin əleyhinə fəallıq göstərib, 2000-ci illərin ikinci yarısından etibarən bir neçə dəfə polis tərəfindən saxlanılıb. Bir neçə il öncə isə daimi yaşayış yeri kimi yaxın qonşu ölkələrdən birini seçib.

Terror təbliğatçısının istər "Ar-Rad TV"-də, istərsə də "Hüseyniyyun" adlı səhifədə "xalqın yiyəsi bizik" mesajları bu şəxsin imkanlarından çox yuxarı tullanaraq Don Kixot xislətinin oldugunu üzə çıxarır. Gəncləri islama aidiyyati olmayan zərərli ideyalarla zəhərləməyə çalışan, terrora haqq qazandıran, Gəncədə baş verən hadisələr zamanı qətlə yetirilən zabitlərin heysiyyatına toxunan, imkan düşdükcə işgalçı Ermənistanı nümunə gətirən bu "teoloqun" ermənipərəsət dairələr tərəfindən "verbovka" edildiyi şərhə ehtiyac duymur. Belə ki, vaxtaşırı yaxın qonşu ölkələr arasında tez-tez yer dəyişən Məmmədovun təlimata uygun mesajları onun marionet funksiya daşıdıgını tam əks etdirir.