Amerikalı müəllimənin Azərbaycan sevgisi


Digərləri 29 İyl 2018 22:31:00 276 0

Amerikalı müəllimənin Azərbaycan sevgisi

Cenni Qroza: "Nyu-Yorkda azərbaycanlı ailə haqqında film çəkmək ideyası da Azərbaycan haqqında olan xoş xatirələrimlə bağlıdır" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Xəbər verdiyimiz kimi, ABŞ-ın "UnionDocs" kinostudiyası Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabovanın ailəsi haqqında sənədli film çəkib. Filmin çəkilişində iştirak edənlərdən biri olan Cenni Qroza 2006-2008-ci illərdə Azərbaycanda yaşayıb. O, Sülh təşkilatının xətti ilə 3 ay Sumqayıtda, 2 il isə Tovuz rayonunda məktəblilərə ingilis dilini tədris edib. Cenni Qroza müsahibəsində Azərbaycanla bağlı təəssüratlarını bildirib.    - Azərbaycanla bağlı təəssüratlarınız necədir?

- Əslində, Tovuz haqqında xatirələrim daha çoxdur. Elə hesab edirəm ki, Tovuz Azərbaycanın digər bölgələrindən fərqlidir. Doğrusu, orada yaşadığım illərdə çoxlu dostlar qazanmışdım və onlardan çoxu da qadınlar idi. İndi onlar haqqında fikirləşirəm və darıxıram. İki qadın ilə daha yaxın rəfiqə idik, onlardan biri mənimlə birlikdə məktəbdə müəllim işləyirdi, digəri isə başqa bir müəllimənin qızı idi. Hər ikisi mənim həmyaşıdım idilər. 

- İki ilə yaxın Azərbaycanda yaşamısınız. Bizim ölkəmizlə və adət-ənənəmizlə bağlı ən çox yadınızda qalan nədir?

- Azərbaycanda insanlar çox qonaqpərvərdirlər. Dərsdən sonra hər gün bir nəfər məni evinə dəvət edərdi. Onların süfrəyə qoyduqları yeməkləri mən ömrümdə görməmişdim. Yeməklər çox ləzzətli olurdu. Hərdən mənə elə gəlirdi ki, evin xanımları bütün günü bu yeməkləri hazırlayıblar. Hər zaman məndən başqa çoxlu qonaq da dəvət edərdilər. Ləzzətli süfrə arxasında mehriban və maraqlı söhbətlər edərdilər. Mən başa düşmədikdə ingilis dilini bilən dostlarım tərcümə edirdilər. Azərbaycanlıların qonaqpərvərliyi və digər insanlara diqqətli münasibəti çox təqdirəlayiqdir. Amerikada, xüsusilə də Nyu-Yorkda insanlar çox biganədirlər. Onlar çox işləyir, digər insanlarla maraqlanmır, bir-birlərinə sual vermirlər. Azərbaycanda isə, əksinə, insanlar bir-birləri ilə maraqlanırlar. Əslində, mən də belə insan olduğum üçün bu xüsusiyyət mənə çox xoş gəlirdi. 

- Olubmu ki, ABŞ-a döndükdən sonra azərbaycanlılarla bağlı hansısa xüsusiyyəti həyat fəaliyyətinizdə təkrarlayasınız?