"Boko Haram"ın hücumu nəticəsində 11 nəfər ölüb


Dünya 29 İyl 2018 22:35:00 295 0

"Boko Haram"ın hücumu nəticəsində 11 nəfər ölüb

Nigeriyada "Boko Haram" silahlılarının hücumu nəticəsində azı 11 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, terrorçular ölkənin şimal-şərqində nəzarət-keçid məntəqəsinə hücum ediblər.

Məlumata əsasən, silahlılar zirehli maşin daxil olmaqla hərbçilərə məxsus nəqliyyat vasitələrini ələ keçiriblər.