"Jara2018"in sonuncu günü: ulduzlar festival haqqında böyük heyranlıqla danışırlar FOTO


Şou-biznes 29 İyl 2018 21:59:00 321 0

"Jara2018"in sonuncu günü: ulduzlar festival haqqında böyük heyranlıqla danışırlar  FOTO

"Jara-2018" Beynəlxalq Musiqi Festivalının 4-cü - sonuncu günündə musiqiçilər, aktyorlar və mügənnilər gözəl geyimlərində qırmızı xalı üzərindən keçiblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, qırmızı xalının aparıcıları Yana Koşkina və Konstantin Karasyukun, yerli və rus KİV-lərinin suallarını cavablandıran ulduzlar və qonaqlar Bakıda keçirilən festival barədə heyranlıqla danışıblar, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Bakı üçüncü ildir ki, "Jara" Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir.