Qızılgül çiçək açmırsa, bunları edin


Digərləri 29 İyl 2018 21:45:00 484 0

Qızılgül çiçək açmırsa, bunları edin

Bağçanızda qızılgüllər var, amma çiçək açmır? Sarmaşıq gülünüz uzanmır, bütün çiçəklərinizi həşəratlar basıb? Son.az ailem.az-a istinadən bağçanızdakı güllərə qulluq üsullarını göstərir.

Çiçəklərinizin inkişaf edə bilməsi üçün onların torpağı əhəmiyyətlidir. Torpaq mütləq qumlu, gilli və gübrəli olmalıdır. Drenajı olmalı su torpaqda yığılmamalıdır.

Qızılgüllərinizin sağlam olmasını istəyirsinizsə, payızda və yazda gübrələməyi unutmayın. Payızda NPK gübrələrindən (N: azot, P: fosfor, K: potasium) P və K miqdarı çox olan gübrələrdən istifadə etsəniz, bitkiniz qış soyuqlarına və xəstəliklərinə qarşı güclü olar. Orqanik gübrə ilə də gübrələyə bilərsiniz. Xüsusilə qış soyuqlarında bitkinizin köklərini isti tutar. Yazda isə NPK gübrələrindən N-P səviyyəsi yüksək gübrələri seçin.

Qızılgüllərin çiçək açmamasının bir digər səbəbi isə budama ilə bağlı yanlışlıq ola bilər. Qızılgüllərinizin dibindən çıxan əlavə budaqları kəsin. Çünki bu budaqlar bitkini zəiflədir. Həmçinin qalın və çox budaqlayan qismləri budasanız, bitkinizin çiçək açmasına kömək edərsiniz.