Üzdəki ləkələrdən qurtulmağın


Digərləri 29 İyl 2018 21:20:00 291 0

Üzdəki ləkələrdən qurtulmağın

Üzdə yaranan ləkələrdən yaxa qurtarmaq təxmin edildiyi qədər çətin deyil.

Son.az ailem.az-a istinadən üzdəki ləkələri aparmağın sadə təbii üsullarını sizə təqdim edir.

Badamlı maska

5 ədəd badamı bir gecə ilıq suda saxlayın. Yumşalan badamları əzin və içinə bir az su əlavə edib, xəmir halına gətirin. Yarım çay qaşığı balı badama əlavə edin və ləkə olan yerə vurub, yarım saat gözləyin. Soyuq su ilə durulayın. Səbrlə ləkə azalana və tamamilə solana qədər bu prosesə davam edin. Həftədə üç dəfə bu maskanı istifadə etmək məsləhətdir.

Xiyar suyu

Xiyar suyu canlandırıcı, yeniləyici təsiri bilinən bir gözəllik formuludur. Bir çox kosmetik vasitənin içində olan xiyar özü dərini canlandırıb, daha təzə bir görünüş vermək üçün istifadə edilir. Ləkələri aparmaq üçün xiyar suyu başqa kosmetik vasitəyə ehtiyac duymadan istifadə edə biləcəyiniz ən yaxşı ləkə aparıcıdır. Xiyarı rəndələyin və çıxan suyu ləkəli yerə vurun. Suyun qurumasını gözləyin, sonra soyuq su ilə durulayın.

Limon suyu