Vaxtından əvvəl nübar, yoxsa orqanizmdə yaranacaq azar?


Digərləri 29 İyl 2018 20:14:00 295 0

Vaxtından əvvəl nübar, yoxsa orqanizmdə yaranacaq azar?

Ekspert deyir ki, mövsümdən əvvəl satışa çıxarılan məhsulların tərkibində gübrənin miqdarı həddən artıq çox olur 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Yəqin ki, çoxlarınız meyvə-tərəvəzi bazardan alırsınız. Çox nadir hallarda mövsümi olmayan, nadir tapılan meyvəyə görə marketlərə üz tuturuq ki, orada ilin istənilən mövsümündə istənilən məhsulu tapmaq olur. Bir neçə il bundan əvvələ kimi  bazarlarda mövsümi olmayan məhsulu görəndə, təəccüb keçirirdik. Bu da çox nadir hallarda rast gəlinən bir hal idi. Amma dövr keçib, zaman dəyişdikcə belə şeylərə artıq təəccüblənmək də olmur. İndi may ayında bazarda şaftalı, iyunda isə üzüm satılır. Soruşanda atıcı "öz həyətindən elə bu gün dərmişəm" cavabını verir. Yəni, artıq qarpız yemək üçün iyulu, avqustu  gözləmirik. Bu, bir tərəfdən yaxşı hal olsa da, insan istər-istəməz düşünməyə başlayır. Görəsən, nə dəyişib ki, qarpız daha tez yetişməyə başlayıb. Bəlkə, qarpızın daha tez yetişməsi üçün müxtəlif kimyəvi dərmanlardan istifadə olunur? Bəlkə, geni dəyişdirilmiş sortlar əkilir?  Ümumiyyətlə, normalda avqust ayında yetişməli olan üzüm iyunun sonunda artıq dərilirsə, bunun insan orqanizminə hər hansı bir fəsadı ola bilərmi?  Bu sualların cavablarını mütəxəssislərdən öyrənməyə çalışdıq.


Xəbərə aid fotolar