Dərinizi cavanlaşdıran və parıltı verən maskalar


Digərləri 29 İyl 2018 19:59:00 278 0

Dərinizi cavanlaşdıran və parıltı verən maskalar

Zeytun yağı bir  çox xəstəliklərə dərmandır. O eyni zamanda gözəllik üçün də əla vasitədir. Belə ki, zeytun yağından hazırlanan maskalar dərini cavanlaşdırır, təravətləndirir, parıltı verir və nəmləndirir.

Son.az axşam.az-a istinadən zeytun yağından hazırlaya biləcəyiniz maskalar təqdim edir:

1. Eyni miqdarda zeytun yağını və limon şirəsini qarışdırıb, həftədə 2 dəfə üzə sürtmək, sizi qırışlardan azad edər.

2. Zeytun yağına iri duz əlavə edib, qarışığı əllərə və ayaqlara sürtmək, dərini hamarlaşdırıb, qocalmanın qarşısını alar.

3. Dırnaqları 5-10 dəqiqə isidilmiş zeytun yağında saxlayıb, sonra onlara yod sürtmək dırnaq soyulmasının qarşısını alar və onları bərkidər.