Qızlar, mən sizdən qorxuram...


Digərləri 29 İyl 2018 19:39:00 346 0

Qızlar, mən sizdən qorxuram...

"Son dərəcə mükəmməl olmaq" - sənin həyat devizindir. Elə düşünürsən ki, həyatında hər şey yolunda gedir. Münasibətləriniz hər bir insanın həsəd aparacağı qədər gözəldir. Sən heç vaxt aza qane olmursan, hamıdan yaxşı yaşamağa çalışırsan: yaxşı, ağıllı, mehriban, varlı, uğurlu, məşhur və ən əsası güclü. Amma münasibətlərinizin bu qədər ideal davam etməsinə baxmayaraq, onu qane etməyən nəsə var. Sevgilin özünü nə qədər güclü göstərməyə çalışsa da, qorxur. Gülməlidir? Əlbəttə ki, kişilərin də münasibətdə qorxduğu hallar çoxdur. Görəsən, o nədən qorxur?

Son.az axşam.az-a istinadən kişilərin münasibətlərdə nələrdən qorxduğunu təqdim edir:

Kişilərin 40%-i qorxur...

... sevdikləri insanın aktiv və rəngarəng rəfiqələrindən, onların nizamsız şəxsi həyatlarından

Siz uzun illərdir ki, tanışsınız. Artıq bir müddətdir ki, evlənmisiniz, eyni evdə yaşayırsız. Son vaxtlar rəfiqələrin səni daha çox axtarmağa başlayır. Hələ də subay olan rəfiqələrinin sərbəst, əyləncəli həyatı var. Hər dəfə onlar sənə zəng edib, görüşmək istəyəndə, yoldaşın icazə vermir. Hətta həmin vaxt ikiniz üçün başqa planı olduğunu deyib, səni görüşdən yayındırmağa çalışır. Hər dəfə soruşanda isə "Bu hərəkətlərimin səbəbi sənə inanmamağım deyil. Rəfiqən subaydır, küçədə ona başqa oğlan yaxınlaşa bilər. Həmin an sənin də orada olmağını istəmirəm" deyib, könlünü almağa çalışır.   Qərar: Maraqlı da olsa, dünyada kişilərin 40 faizi bu qorxu içərisində yaşayırlar. Cütlüklərin əksəriyyəti bu problemlə üz-üzədir: heç kim bilmir ki, "küçədə sərbəst gəzən pişik" nəyə qadirdir. O, azaddır, istədiyi oğlanla görüşə bilər, kompleksizdir. Əlbəttə, həyat yoldaşına və evinə bağlı olan rəfiqə də başqa bir qadının belə sərbəst həyatına həsəd aparacaq. Psixoloq məsləhəti: Necə olmalı? Özünü artıq azad quş kimi hiss etmədiyinə onu inandırmağa çalış. Sevgilinin təlaşını isə anlayışla qarşıla. Onun səni itirməkdən qorxması pis əlamət deyil. Bu, onun səni nə dərəcədə çox sevdiyinin sübutudur. Əgər rəfiqələrinlə harasa gedirsənsə, tez-tez sevgilinə mesaj yazıb, nə etdiyini, harada olduğunu soruş. Düzdür, danışdığınız hər sözü olduğu kimi ona demək lazım deyil. Amma bəzi nüansları bölüş ki, rəfiqələrinlə birlikdə olanda nələr etdiyinizdən xəbərdar olsun. Beləcə, onun sənə etibarı daha da artar.

Kişilərin 80 % - i qorxur... ... "Biz bu haqda danışmalıyıq" cümləsindən

Sən hər dəfə problem olanda açıq-aşkar danışıb, məsələyə aydınlıq gətirmək istəyirsən. O isə susur. Ən yaxşı halda siz heç nəyə qərar vermirsiz, ən pis halda isə qarşılıqlı anlaşılmazlıq və inciklik çoxalır. Hətta hərdən söz-söhbət ağlamağa belə gətirib çıxarır. Qəribəsi də odur ki, bir neçə gün keçəndən sonra o özü məsələ ilə bağlı danışmağa başlayır.  Qərar: Kişilər elə düşünürlər ki, qadınlar həmişə onları məhkəməyə çəkirlər. Ən pis halda isə göz yaşımızı araya qatırıq. Ona görə də söhbətlə məsələyə aydınlıq gətirmək təklifi heç də yaxşı çıxış yolu deyil. "Biz danışmalıyıq" ifadəsini kişilər düzgün qəbul etmirlər. Bu zaman onlar özlərini qırmızı parçaya qaçan öküz kimi təsəvvür edirlər.  Psixoloq məsləhəti: Şarlota Uilyams deyib: "Qadınların əlində "ağıl" deyilən çox önəmli bir silah var. Qadınlar nəyi, necə edəcəklərini çox yaxşı bilirlər". Bu gün əksər qadınlar kişi ilə bərabər hüquqları olduqlarını iddia edirlər. Amma heç biri hələ ki, bunu sübut etməyib. Qadın beyni kişilərə nisbətən çox inkişaf edir. Qadın mübahisəni istədiyi an dayandıra bilər, kişi isə yox. Əgər sevgilindən hansısa bir problemi danışaraq həll etməyi istəyirsənsə, onda beyninin yaradıcı yarımkürəsini işə sal. Bunu əsəbi şəkildə yox, daha mehriban, mülayim formada de. Birincisi, onunla müzakirə edəcəyin söhbətin nə qədər ciddi olduğunu əvvəlcədən xəbər vermə. İkincisi "keçmiş sevgilin buna sevinə bilər, amma mən..." kimi cümlələr işlətməkdən uzaq ol. Üçüncüsü, qətiyyən ağlama! Göz yaşı heç nəyi həll etmir, əksinə daha da çətinləşdirir.

Kişilərin 70 %-i qorxur... ... sevgilisinə toxunan qorxulu "yırtıcıdan"