Ermənilərdən daha bir vandallıq: Milli Qəhrəmanımızın qəbirini dağıdıb, məzar daşını qırıb Xankəndi küçələrinə səpdilər FOTO


Digərləri 29 İyl 2018 19:10:00 401 0

Ermənilərdən daha bir vandallıq: Milli Qəhrəmanımızın qəbirini dağıdıb, məzar daşını qırıb Xankəndi küçələrinə səpdilər  FOTO

Ermənilər Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını dağıdıb. Fakt ermənilər tərəfindən Youtube.com sosial şəbəkəsində paylaşılan videomaterialın yayımı ilə üzə çıxıb. Xatırladaq ki, Ağdam şəhərinin işğalından sonra buradakı bütün qəbirstanlıqlar vandalizmə məruz qalsa da, Allahverdi Bağırovun məzarı onun gənclik dostu, əslən Gəncədən olan Razmik Petrosyan tərəfindən qorunub saxlanırdı. Maraqlı sual ondan ibarətdir ki, Allahverdi Bağırov üçün baş daşı kim tərəfindən və nə vaxt qoyulmuşdu?

Sözügedən videodan görünür ki, ermənilər Azərbaycan Milli Qəhrəmanının məzar daşını Ağdamda yerlə yeksan edilmiş Şəhidlər Xiyabanından Xankəndinə daşıyaraq şəhərin mərkəzi meydanında yüzlərlə şəhər sakininin gözü önündə kuvaldla dağıdırlar.

Teymur Zahidoğlu


Xəbərə aid fotolar