Son illərin ən çox əzbərlənən şeiri


Digərləri 29 İyl 2018 18:32:00 261 0

Son illərin ən çox əzbərlənən şeiri

Son.az kulis.az-a istinadla Aqşin Yeniseyin "Sənə məktub yazıram..." şeirinin sözlərinə oxuduğu repi təqdim edir.

Sənə məktub yazıram

Yazıram ki, bağışla...

Burda hava pis keçir

Ara vermir yağışlar

Tək yatıb tək durmaqdan

Bezdirmişəm otağı

Bilirsən... pinti olur

Yalqızların yatağı

Yalqızlar az yuyunur

Gəlir yalqızlardan iy

Çayları soyuq olur

Yeməkləri alaçiy

Çirkli ayaqqabılar...

Dibi yanmış qazança...

Bir qırıq da ümid var

...qayıdacaq haçansa...