Dağıdıcı tufan Yaponiya sahillərinə yaxınlaşır


Dünya 29 İyl 2018 18:14:00 287 0

Dağıdıcı tufan Yaponiya sahillərinə yaxınlaşır

Yaponiyada 12 nömrə adını alan Condari tufanı gücünü itirərək tropik qasırğaya çevrilib və hazırda Yaponiyanın mərkəzi hissəsindəki Mie prefekturasındadır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tufan nəticəsində 8 prefekturada 23 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, tropik qasırğa cari ayın əvvəllərində aramsız yağışlardan zərər çəkən qərb rayonlarına doğru hərəkət edir. Yerli hakimiyyət orqanları sakinləri torpaq sürüşmələrindən və daşqınlardan qorunmağa çağırıb. Həmin rayonlarda leysan yağışlar barədə xəbərdarlıq da yayılıb.

Tropik qasırğa Yaponiyanın əsas adasının böyük bir hissəsinə güclü yağışlar gətirib. Yaponiyanın qərbinə bir saatda 120 millimetr yağıntı düşüb ki, bu da rekord sayılır.