İnsanlığın sonu necə gələcək? Nobel mükafatçıları açıqladı


Dünya 29 İyl 2018 17:50:00 224 0

İnsanlığın sonu necə gələcək?  Nobel mükafatçıları açıqladı

Dünyanın ən savadlı insanları insanlığa təhdid olaraq gördükləri ən böyük və təhlükəli ünsürləri sıralayıb.

Son.az xəbər verir ki, İngiltərənin elmi məqalələr yayımlayan "Yüksək Təhsil" dərgisi bu mövzuda anket sorğusu təşkil edib.

Anketdə kimya, fizika, fiziologiya, tibb və iqtisadiyyat elmləri üzrə mükafat alan və hazırda yaşayan elm adamlarının dörddən biri iştirak edib.

İştirakçıların üçdən biri ətraf mühitin çirklənməsi və dünya əhalisinin artımını insanlığın sonunu gətirəcək amil kimi dəyərləndirib. Onlar ətraf mühitin çirklənməsini iqlim dəyişikliyinə bağlayıblar. Bu kateqoriyaya səs verən 18 elm adamı iqlim dəyişikliyi və artan dünya əhalisinə qida və su təmin etməyin insanlıq üçün böyük təhdid olduğunu düşünürlər.

İkinci səbəb olaraq 12 iştirakçının səs verdiyi nüvə müharibəsi göstərilib.

Xüsusilə, son zamanlarda aktuallıq qazanan Şimali Koreyanın nüvə böhranı alimləri bu yöndə düşünməyə vadar edib. Beynəlxalq cəmiyyətin bu dövlətlə yaşadığı problemlərin bir nüvə müharibəsinə çevrilə biləcəyi deyilib.

Siyahının 3-cü pilləsində epidemik xəstəliklər və dərman təminatı yer alıb. Bu kateqoriyaya 4 alim səs verib. Bu alimlər yeni bir epidemiyanın baş qaldıracağını və ya var olan bir epidemiyanın başqa formada - daha güclü ortaya çıxacağını iddia edirlər. Hazırda sahib olduğumuz dərman ehtiyatının bu epidemiya qarşısında tab gətirməyəcəyini də qeyd ediblər.