Beşiktaş-ın müdafiəçisi klubunu dəyişmək istəyir


İdman 29 İyl 2018 17:40:00 268 0

Beşiktaş-ın müdafiəçisi klubunu dəyişmək istəyir

Beşiktaş-ın müdafiəçisi Pepe klubunu dəyişməyə hazırlaşır. Goal.az xəbər verir ki, portuqal futbolçu iki klubla danışıq aparır. Onunla Wolverhampton və Porto ciddi maraqlanır. "Qara qartallar" Çempionlar Liqasına vəsiqə qazanmadığını nəzərə alan Portuqaliya millisinin üzvü adıçəkilən klublardan birinə keçməkdə qərarlıdır. 35 yaşlı oyunçunun transferinin türklərə 7 milyon avro qazandırması gözlənilir.