Lənətlənmiş Qayola adası FOTO


Digərləri 29 İyl 2018 17:05:00 345 0

Lənətlənmiş Qayola adası  FOTO

Planetimizdə müəmmalı reputasiyası olan bir çox yerlər var. Bununla həmin yerlər minlərlə turistin diqqətini özünə cəlb edir. Belə yerlərdən biri də İtaliyanın kiçik adalarından olan Qayoladır. Bəziləri bu adanı "Lənətlənmiş Qayola" da adlandırır. 

Son.az oxu.az-a istinadla xəbər verir ki, o, Neopalitan körfəzində Kampaniya regionu sahilində yerləşir.

Əslində, bu, körpü ilə birləşmiş iki balaca adadır. Adalardan birində böyük villa var. 

Uzun illərdir ki, adada heç kim yaşamır. Hesab olunur ki, o lənətlənib və bu səbəbdən adada çoxlu ölüm halları baş verib. 

1920-ci ildə adanın ilk sahibi olan Hans Braun burada müəmmalı şəkildə ölüb, bir müddət sonra isə onun həyat yoldaşı naməlum şəraitdə boğulub. Adanın yeni sahibi Otto Qrubnak infakt nticəsində ölüb, növbəti sahib Moris Sandoz isə özünə qəsd edib.