ETSN əməkdaşları Altıağac Milli parkının ərazisində baş verən yanğını söndürməyə çalışırlar


Digərləri 29 İyl 2018 17:06:58 283 0

ETSN əməkdaşları Altıağac Milli parkının ərazisində baş verən yanğını söndürməyə çalışırlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 60-dən çox əməkdaşı hazırda Altıağac Milli parkının ərazisinə baş verən yanğının söndürülməsinə çalışırlar

Bakı. Samir Əli - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 60-dan çox əməkdaşı hazırda Altıağac Milli parkının ərazisində baş verən yanğının söndürülməsinə çalışırlar. Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.