Ağdamda eradan əvvəl VI minilliyin birinci yarısına aid tarixi materiallar aşkarlanıb


Digərləri 29 İyl 2018 16:58:03 267 0

Ağdamda eradan əvvəl VI minilliyin birinci yarısına aid tarixi materiallar aşkarlanıb

Ağdam rayonunun Eyvazlı kəndi yaxınlığındakı İsmayılbəy təpə neolit dövrü yaşayış məskənində aparılan arxeoloji qazıntı zamanı yeni tarixi materiallar aşkarlanıb.

Bakı. İlhamə İsabalayeva - Ağdam rayonunun Eyvazlı kəndi yaxınlığındakı İsmayılbəy təpə neolit dövrü yaşayış məskənində aparılan arxeoloji qazıntı zamanı yeni tarixi materiallar aşkarlanıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, yaşayış yerində aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyin birinci yarısına aid oval, dairəvi və düzbucaqlı quruluşda çiy kərpicdən 8 tikinti qalığı aşkar edilib. Giriş qapısı olmayan bu evlərin döşəməsi, divarların daxili səthi qırmızı rəng qatılmış palçıqla suvanıb. Evlərin həyətlərinin döşəmə hissəsi çiy kərpiclə döşənib. Oval formada olan tikili qalığının birində mehrab və baş hissəsi qırılmış kiçik büt aşkar edilib.