Real müdafiəçisini icarəyə göndərdi


İdman 29 İyl 2018 14:50:00 273 0

Real müdafiəçisini icarəyə göndərdi

Real Madrid daha bir futbolçusunu icarəyə göndərib. Goal.az xəbər verir ki, söhbət Teo Ernandesdən gedir. 21 yaşlı müdafiəçi yeni mövsümün sonuna qədər Real Sociedad-ın formasını geyinəcək. Tərəflər danışıqları artıq yekunlaşdırıb. Ernandesin oyun praktikasını artırmaq üçün icarəyə veridliyi qeyd olunur. Fransalı futbolçu Real-a ötən il Atletico-dan keçib.