Stiven Siqal Azərbaycan Vin Çun Federasiyasının prezidenti Asif Sayadovla görüşüb


İdman 29 İyl 2018 13:52:00 344 0

Stiven Siqal Azərbaycan Vin Çun Federasiyasının prezidenti Asif Sayadovla görüşüb

Məlum olduğu kimi iyulun 13-ü Azərbaycanda yeni Vin Çun döyüş sənəti Federasiyası rəsmən fəaliyyətə başladı. Federasiya qarşıda bir sıra yeni layihələr həyata keçirməyi planlaşdırır. Goal.az xəbər verir ki, iyulun 26-sı Azərbaycana səfər edən qarışıq döyüş növləri üzrə usta Stiven Siqal federasiya rəsmiləri ilə bir araya gəlib. Tanınmış usta ilk öncə federasiyanın təsis olunması ilə əlaqədar təbriklərini çatdırıb. O, Azərbaycana bu növü gətirən Asif Sayadovu artıq bir neçə ildir tandığını və onun tələbələrinin beynəlxalq turnirlərdə yüksək nəticələr göstərdiyini qeyd edib. Stiven Siqal ölkəmizə növbəti səfəri zamanı istedadlı Vin Çun tələbələri üçün aktyorluq kurslarının təşkili, onların döyüş filmlərinə dəvət alması istiqamətində işlərin görüləcəyini də vurğulayıb. Görüşdə noyabr ayında Siqalın iştirakı ilə ölkəmizdə beynəlxalq seminarın keçirilməsi müzakirə olunub. Məşhur döyüşçü-aktyor, öz növbəsində Azərbaycan Vin Çun Federasiyasının prezidenti Asif Sayadov, vitse-prezidentlər Jalə Əhmədova, İlqar Mustafayev və tələbələri oktyabrda Moskvada təşkil olunacaq beynəlxalq seminara dəvət edib.

"Oktyabr ayının 12,13, 14-də Moskva şəhərində keçirilməsi planlaşdırılan seminara dəvət aldıq. Analoji tədbiri noyabrda Azərbaycanda təşkil edəcəyik. Bu seminarda bir çox ustalar, o cümlədən Beynəlxalq Vin Çun Assosasiyasının prezidenti, Böyük usta Samuel Kvok iştirak edəcək. Dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən Vin Çun federasiyaları ilə qarşılıqlı əməkdaşlıq etmək də planımızda var" - Asif Sayadov qeyd edib.