Mikroavtobus 4 maşına çırpıldı


Digərləri 29 İyl 2018 13:34:00 298 0

Mikroavtobus 4 maşına çırpıldı

Salyanda yol nəqliyyat nadisəsi zamanı 1 nəfər xəsarət alıb. 

Son.az report.az-a istinadən bildirir ki, hadisə Calyan-Neftçala avtomobil yolunda rayonun Kürqaraqaşlı kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobus anidən idarəetməni itirib və nəticədə mikroavtobus "VAZ-2107", "VAZ-21015", iki "VAZ-21011" markalı avtomobillərə çırpılıb. Hadisə zamanı "VAZ-2107"nin sürücüsü yüngül xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı mikroavtobusda sərnişin olmayıb.