"Ronaldoya bombardirlik yarışında rəqib olmaq çətindir"


İdman 29 İyl 2018 13:33:00 271 0

"Ronaldoya bombardirlik yarışında rəqib olmaq çətindir"

Lazio-nun hücumçusu Çiro İmmobile Kriştianu Ronaldonun Juventus-a transferinə münasibət bildirib. Goal.az xəbər verir ki, 28 yaşlı forvard portuqaliyalı ulduzun bombardirlik keyfiyyətlərini göstərəcəyini düşünür. 

“Ronaldonun Juventus-a keçidini eşidəndə öz-özümə dedim, yaxşı ki, ötən mövsüm bombardir olmuşam. Ronaldoya həm meydanda, həm də bombardirlik yarışında rəqib olmaq çox çətindir. O, bir neçə dəfə bombardir olub və bunu İtaliyada da təkrarlayacaq”.

Çiro İmmobile ötən mövsüm 29 qolla A seriyasının bombardiri olub.