Ucarda "Mercedes" aşdı


Digərləri 29 İyl 2018 12:26:00 312 0

Ucarda "Mercedes" aşdı

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə bu gün gündüz  saatlarında Bakı-Qazax yolunun Ucar rayonun Alpı  kəndindən keçən hissəsində qeydə alınıb.                                                                        

Hərəkətdə olan "Mercedes" markalı minik maşınının yoldan çıxaraq aşması nəticədə Bakı şəhər sakinləri -  2014 -ci il təvəllüdlü  Əli Oktay oğlu Quluyev və 1968-ci il təvəllüdlü  Sahibə Qara  qızı Salmanova  müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.