Misirdə sərnişin qatarı qəzaya düşdü


Dünya 29 İyl 2018 11:27:00 279 0

Misirdə sərnişin qatarı qəzaya düşdü

Misirin cənubunda sərnişin qatarının relsdən çıxması nəticəsində 5 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, Qahirə-Asuan istiqamətində qatarların hərəkəti dayandırılıb. Yaralılar dərhal Аsuandakı xəstəxanaya yerləşdiriblər. Xilasedicilər hadisə yerində işlərini davam etdirir.